Boğaz ağrısı zamanı bəzi qidalar xəstəliyin gedişatını daha da ağırlaşdıra, qıcıqlanmanı artıraraq sağalmanı ləngidə bilər.
KONKRET.az xəbər verir ki, mütəxəssislər bu qidaların istifadəsini qətiyyən tövsiyə etmir:
Çox isti və ya çox soyuq qidalar – selikli qişaya zərər verə bilər.
Acılı və ədviyyatlı yeməklər (istiot, acı souslar, sirkəli məhsullar) – yanma və qıcıqlanmanı artırır.
Qızardılmış və yağlı yeməklər – həzmi çətinləşdirir və boğazı qıcıqlandırır.
Quru və sərt qidalar (çips, suxarı, biskvit, quru çörək) – boğazı cıza bilər.
Qazlı və enerji içkiləri – əlavə iltihab yaradır.
Çox şirin məhsullar (tort, şokolad, şirniyyat) – bakteriyaların çoxalmasını sürətləndirir.
Turş meyvələr və qidalar (portağal, limon, ananas, pomidor) – boğazda yanma hissini gücləndirir.
Əvəzində boğaz ağrısı zamanı ilıq və yumşaq qidalar – toyuq bulyonu, ilıq süd, yumşaq sıyıq, banan və bal əlavə olunmuş çay daha faydalı hesab edilir.