Bölgələrdə otun qiyməti artdı: Ət və süd məhsulları bahalaşacaq? backend

Bölgələrdə otun qiyməti artdı: Ət və süd məhsulları bahalaşacaq? 

Bölgələrdə ot bahalaşıb. Fermerlər bildirirlər ki, ötən ilin eyni dövrü ilə müqayisədə ot bağlamalarının qiymətində 2 manata qədər artım var. Bəs ot bağlamalarının qiymət artımı ətin və südün bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-açıqlamasında bildirib ki, otun qiymətinin bahalaşması qısamüddətlidir:

Bütün bunlar insanları paytaxtdan regionlara qaytara bilər - AÇIQLAMA

“Yəni ötən ildən yığılan ot ehtiyatı tükəndiyinə görə, qiymət təbii şəkildə artır. Tələb var, təklif isə azdır. Ona görə otun qiyməti bahalaşır. Yaxın günlərdə yoncanın birinci biçini başlayacaq. Bu biçinin başlaması ilə tələb-təklif balansı normallaşacaq. Bununla da qiymət ucuzlaşacaq. Odur ki, otun qısamüddətli bahalaşması ətin və südün qiymətinə təsir etməyəcək”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*