“Rusiya – Ukrayna müharibəsini BMT Nizamnaməsinə uyğun həlli üçün bütün diplomatik imkanlardan istifadə etmək lazımdır”.
KONKRET.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı jurnalistlərə müsahibəsində Bolqarıstan Prezidenti Rumen Radev deyib.
O bildirib ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi ümidləri artırıb.
Xatırladaq ki, Radev COP29-da iştirak etmək üçün Azərbaycana səfər edib.
Məlik,
KONKRET.az