Bolqarıstanın Baş naziri istefa verdibackend

Bolqarıstanın Baş naziri istefa verdi

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov istefa verib.

KONKRET.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, o, paytaxt Sofiyada keçirilən kütləvi etiraz aksiyaları fonunda istefasını elan edib.

Qeyd edək ki, bir müddətdir Bolqarıstanda küçələrdə on minlərlə etirazçı hökuməti genişmiqyaslı korrupsiyada ittiham edərək istefaya çağırır.

Onların sayının təkcə paytaxtda 150 minə qədər olduğu bildirilir.

Ümumilikdə ölkənin 25 şəhərində etiraz aksiyaları keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*