“Bolt” taksi şirkəti bir gediş haqqını iki dəfə çıxmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər qeyd edirlər ki, son günlər “Bolt” gediş haqqını iki dəfə çıxır.
“Belə ki, eyni məsafə üçün hesablanmış gediş haqqı 2 dəfə çıxılır, sonradan isə pulun balansa qaytarılacağı bildirilir”, – deyə sərnişinlər qeyd ediblər.
Şirkətdən isə rəsmi olaraq bildirilib ki, əlavə məbləğ avtorizasiya məqsədi ilə tutulur və karta geri qaytarılır. Hazırda bütün müştərilərdən avtorizasiya
məbləği tutulur. Məbləğ 14 iş günü müddətində kart hesabına geri qaytarılır.
Məqsəd kart etibarlılığını yoxlamaq (saxta və ya icazəsiz istifadənizi minimuma endirmək kimi) üçün müvəqqəti kart və kart məlumatının yoxlanışını (avtorizasiyanı) həyata keçirməkdir”.
Salam . Məndən də keçən gedişimdə artıq pul aldı sürücü . Məndə 2.67 yazmışdı dedim nə qədər edir borcum .Dedi 3.14 .Mənimdə üzüm gəlmədi nəsə deyəm 4 verib düşdüm
Bolt sirketi hem musterileri hrmde müştəriləri maddi olaraq suistismar edir. Ciddi sekilde cezalanmalıdırlar. Surucuye sifaris verilende 3,14 manat gosterir musteriye ise (meselen) 2,87 manat oldugunu teqdim edirler. Surucu 2,87 manat alır sirket surucuye 27 qəpik kompensasiya ederrceyini (surucunun hesabina elave edeceyini) təqdim etsede amma real olaraq 27 qepik pulu kompensasiya etmir. Elave olaraqda 3 faiz və rezerv haqqı (rezerv haqqinin pulu hara getdiyinide demirler) pulu tutur. Cemi 24 faizden cox pul tutur surucunun hesabindan. Belelikle musterileri və suruculeri madi texniki olaraq suistismat edirler. İs və vezifelerinin menzeresi aciq askar cinayet dasiyir.
Mendende bolt food 2 defe cixdi pulu ustelik sifariw gelmedi zeng eleyende de deyirler bankinizla elaqe saxliyin bizlk deyil