Bolton necə kitab yazdığını dedi: qeydlərimi yandırırdımbackend

Bolton necə kitab yazdığını dedi: qeydlərimi yandırırdım

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton hələ də Ağ evdə işləyərkən xatirələrini yazmağı planlaşdırdığını söyləyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə iyunun 23-də Fox News-a verdiyi müsahibəsində deyib.

“Bu, hazırlaya biləcəyim hadisələrin ən yaxşı reproduksiyasıdır. Yaxşı bir yaddaşa sahib olduğum üçün şans qazandım” deyən Bolton hadisələr haqqında 500 səhifə yazmağı və vəzifəli şəxslərin sitatlarını necə yaratmağı sualına cavab verib.

“Adətən qeydlər hazırlanandan sonra həftə sonu məhv edildi. Mən onları çantalarda yandırdım” deyib eks məsləhətçi.

Ancaq o, Ağ Evi tərk etdikdən sonra heç bir qeydinin olmadığını söyləyib.

Boltonun “Hadisələrin baş verdiyi otaq: Ağ Evdən xatirələr” 23 iyun çərşənbə axşamı günü nəşr edilib. Bununla, o, 2018-2019-cu illərdə Donald Tramp administrasiyasındakı fəaliyyətini olduqca açıq şəkildə təsvir edir.

Amerika hakimiyyəti məhkəmə vasitəsi ilə Boltona dövlət sirrinin açıqlanmaması ilə bağlı öhdəliklərin pozulduğunu əsas gətirərək kitabın nəşrini qadağan etməyə çalışıb.

ABŞ prezidenti bildirib ki, keçmiş müşavir həbsxanada yatmalıdır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*