Bolton: Tramp hesab edirdi ki, ABŞ kəşfiyyatı bütün insidentləri əvvəlcədən bilirbackend

Bolton: Tramp hesab edirdi ki, ABŞ kəşfiyyatı bütün insidentləri əvvəlcədən bilir

ABŞ prezidenti Donald Tramp hesab edirdi ki, ABŞ kəşfiyyatı dünyadakı bütün böyük hadisələri əvvəlcədən bilir.

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş müşavir Con Bolton səsləndirib.

Çərşənbə axşamı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun 2018-2019-cu illərdə Ağ Evdəki fəaliyyətini təsvir etdiyi xatirələri dərc edilib.

Fəsillərdən birində keçmiş müşavir 12 may 2019-cu ildə Hörmüz Boğazında neft tankerlərinə hücum edildiyi hadisəni yazır. Bolton səhər tezdən prezidentə zəng etdiyini, onu oyatdığını və baş verənləri bildirdiyini xatırladıb.

“Bəs niyə əvvəlcədən bu barədə bilmirik?” deyə soruşdu. O, hesab etdi ki, biz hər şeyi bilirik. Mən bir neçə dəfə izah etdim ki, münəccim deyilik, ona yeni məlumatları verəcəyimi bildirdim. Həmin gün Dövlət katibi Mayk Pompeo ilə söhbət edərkən Tramp yenidən hücum haqqında əvvəlcədən niyə bilmədiyimizi soruşdu” deyə Bolton bildirir.

Emiratın, Norveçin bir, Səudiyyənin iki tankeri 12 may 2019-cu ildə BƏƏ-nin Fujayra limanı yaxınlığındakı ərazi sularında Oman körfəzinə (Hörmüz boğazı) edilən hücum nəticəsində zədələnmişdi. Hadisə nəticəsində itki olmadı və dənizə yanacaq tökülmədi. ABŞ İranı hücumda günahlandırdı, İŞİD də hadisədə iştirakını rədd etdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*