Bolton Trampı İrana raket zərbəsi endirmədiyinə görə tənqid etdibackend

Bolton Trampı İrana raket zərbəsi endirmədiyinə görə tənqid etdi

Ağ Evin keçmiş Milli Təhlükəsizlik Müşaviri Con Bolton ABŞ Prezidenti Donald Trampı ehtimal olunan itki səbəbiylə İran hərbi obyektlərinə raket zərbəsi endirmədiyinə görə tənqid edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Boltonun sözlərinə görə, İran ABŞ hərbi pilotsuz təyyarəsini vurandan sonra Tramp zərbə endirmək üçün hazırlaşmağı əmr edib. Bundan sonra prezident mümkün qurbanlar barədə məlumat istəyib, mütəxəssislər iranlılar arasında itkilərin 150 nəfər olduğunu təxmin edib.

“Mən qurbanların ehtimal olunan sayının tamamilə hipotetik olduğunu izah etməyə çalışdım, amma Tramp qulaq asmadı. Başında cəsədləri olan 150 çantanın görüntüləri var idi və izah edəcək heç bir şey qalmadı” deyə keçmiş məsləhətçi kitabında yazıb.

Bolton hücumun ilkin hədəfinin “Ruslar tərəfindən inşa edilən” hərbi obyektlərin olacağına da diqqət çəkib.

Sonra Amerika lideri müşavirlərindən soruşdu ki, bu nöqtələrdə Rusiya vətəndaşlarının ölüm ehtimalı nədir? Ağ Evin mütəxəssisləri bu ehtimalın böyük olmadığını dedilər.

İslam İnqilabı Keşikçiləri Korpusu (İrandakı hərbiləşdirilmiş bir siyasi hakimiyyət) Amerikanın pilotsuz təyyarəsini 2020-ci ilin qışında Fars körfəzinin girişində ölkənin hava məkanının pozulması səbəbindən vurub.

Tramp əvvəlcə İranın “çox böyük səhv etdiyini” bildirib, lakin sonradan aparatın hərbiçilər tərəfindən qəsdən vurulmadığını deyib.

2019-cu ilin oktyabrında məlum olub ki, Bolton milli təhlükəsizlik üzrə müşavir kimi gördüyü işlər barədə kitab yazmaq niyyətindədir. Tramp onu milli təhlükəsizlik məsələlərinə dair fikir ayrılıqlarına görə işdən azad edib.

Prezident administrasiyasının xatirələrin nəşrini qadağan etmək cəhdlərinə baxmayaraq, məhkəmə kitabın nəşrinə icazə verib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*