Bolton Trampın daha bir sirrini açdı – 2018-ci ildə Rusiyaya qarşı…backend

Bolton Trampın daha bir sirrini açdı – 2018-ci ildə Rusiyaya qarşı...

ABŞ prezidenti Donald Tramp Suriyadakı hadisələr səbəbiylə 2018-ci ildə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıbmış.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xatirələrinə istinadən yayıb.

“Suriyaya zərbədən bir neçə saat əvvəl, Tramp əvvəlcə Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyə razı oldu … Sonradan, fikrini dəyişdi” deyib Bolton.

Onun sözlərinə görə, Tramp hesab etdi ki, Amerika tərəfi öz mövqeyini açıq şəkildə bildirib.

2018-ci ilin aprel ayında ABŞ, Britaniya və Fransa silahlı qüvvələri 100-dən çox qanadlı raketlə və hava-yer raketləri ilə Suriyaya zərbələr endirdi. Həm hərbi, həm də mülki hədəflərə hücum oldu. Bu, Suriyanın Şərqi Qutadakı Duma şəhərinə kimyəvi hücuma bir cavab idi.  Suriya hakimiyyəti isə mülki şəxslərə və terrorçulara qarşı kimyəvi silah istifadə etmədiklərini söylədi.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında başladı. Münaqişənin əsas iştirakçıları hazırkı prezident Bəşər Əsədi dəstəkləyən hökumət qüvvələri, qondarma müxalifət adlandırılan qüvvələr, habelə ölkənin bir hissəsini ələ keçirən İŞİD oldu.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*