“Bomj” Eminemin evinə girib onu öldürmək istədi – Detallar açıqlandıbackend

“Bomj” Eminemin evinə girib onu öldürmək istədi - Detallar açıqlandı

Bir “bomj” amerikalı reper Eminemin Miçiqandakı evinə girib və onu ölümlə təhdid edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Detroit Free Press” nəşri yazır.

Hadisənin aprel ayında baş verdiyi bildirilir, ancaq təfərrüatları evə qanunsuz daxil olmaqda və əmlaka ziyan vurmaqda günahlandırılan Metyu David Hyuzun məhkəmə iclasından sonra yalnız indi məlum olub.

9 sentyabrda Macom rayon məhkəməsində baharda Eminemin evinə gələn yerli polis məmuru Adam Hackstockdan ifadə alıblar.

Onun sözlərinə görə, musiqiçi oyanıb və arxasında yad insanın dayandığını görüb.

Burada nə etdiyini soruşduqda, kişi onu öldürəcəyini söyləyib.

Eminem təcavüzkarı evdən çıxmağa razı salıb, onu evin çıxışına qədər müşayiət edib və təhlükəsizlik xidmətinə təhvil verib. Hyuzun silahı olmayıb.

Sui-qəsd cəhdi olan yerə gələn polis “bomj”la dalaşan Eminemin mühafizəçisini tapıb.

Polis məmuru evsiz şəxsin kərpici qırılan pəncərədən girdiyini bildirib. Şübhəli hazırda həbsdədir. Onu müdaxilə etdiyi üçün 20 ilədək, əmlakı qəsdən məhv etdiyi üçün beş ilədək həbs cəzası gözləyir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*