backend

Boqdan Atanesyan: "Kimin üçün Qarabağ, kimin üçünsə dolu soyuducu"

“Müsahibələrindən birində Robert Köçəryan demişdi ki, xalqın qəzəbi yalnız soyuducu boş olanda qarşısı alınmaz olur. Paşinyan “Artsax”ı təslim etsə də, hələlik ümumxalq nifrəti ilə qarşılaşmayıb. Robert Sedrakoviç praqmatik bir insan kimi yaxşı başa düşür ki, kütlə özünü təmtəraqla “xalq” adlandıraraq Qarabağ, Syunik (Zəngəzur-red) və milli ləyaqət üçün ortaya düşüb. Xalq isə böyüməkdə olan boş mədəsi və “siçanlar oynayan” boş soyuducu barədə düşünür. Ona görə Köçəryan milli  fəlakət haqqında peyğəmbərlik etmədi, sadəcə klassik mübarizə üsullarını yada saldı”.

KONKRET.az xəbər verir ki, bu barədə aysor.am portalının müxbiri Boqdan Atanesyan öz müəllif yazısında bildirib.

O daha sonra yazısında bunları deyib: “Dürüst olaq – o, haqlı idi. Ona görə də baş nazir kürsüsündəki yapışqan Paşinyanı devirməyə çalışanlar xalqı mübarizəyə qoşulmağa çağırmamalıdırlar. Xalq arasında maarifçilik işi aparılmalıdır. Bir zamanlar Nikol Vovayeviçin özünün də sübut etdiyi kimi, “kritik kütlə” küçəyə yalnız hökumət dəyişikliyindən hansısa iqtisadi dividend ala biləcəyi təqdirdə çıxır. Yəni kredit borclarının silinməsi, cərimələrin sıfırlanması, çörəyin, südün, çayın qəpiyə düşürülməsi çağırışları xalq üçün daha cəlbedicidir. Uzaq “Artsax”ın təslim olması, müdafiəsiz Sunik (Zəngəzur), tapdalanmış milli qürur çağırışları ilə heç zaman şaxtalı qış günündə xalqı hökumət binasının qarşısını doldurmaq olmayacaq.

Acıdır, amma həqiqətdir. Bu səbəbdən məsuliyyətli və mərhəmətli vətəndaşlar, vətənpərvərlər yalnız öz güclərinə və birliyinə etibar etməlidirlər. Və mübarizə metodlarını dəyişməlidir. Yoxsa sosial fəlakətin (mütləq gələcək) tək və əvəzedilməz mübarizə vasitəsi olması reallığı ilə barışmalı olacağıq. Oturub soyuducu qapısının çırpılmasını gözləmək isə təkcə hakimiyyətin deyil, həm də xalqın sonunu gətirə bilər”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*