Boris Çonson Estoniyada əsgərlərlə nahar edib – VİDEObackend

Boris Çonson Estoniyada əsgərlərlə nahar edib - VİDEO

Birləşmiş Krallıq yanvarın 31-nə kimi Avropa Birliyindən çıxacaq.

KONKRET.AZ -ın məlumatına görə, Britaniyanın “The Sun” nəşrinin xəbərində deyilir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson İngilis qoşunları ilə birlikdə Milad naharı etmək üçün Estoniyanın Tallin şəhərinə gəlib.

Baş nazirin ingilis qoşunlarına müraciət etmək üçün sabun qutusuna üstünə çıxması da jurnalistlər tərəfindən maraqla qarşılanıb. Hərbi xidmət keçən kişi və qadın hərbçilərə vətənə göstərdikləri xidmətə görə təşəkkür edən baş nazir Tapa hərbi bazasında piştaxta arxasına keçib, əsgərlərə yemək seçimində yardım göstərib. Sonda isə onlarla birlikdə nahar edib.

Estoniyanın Baş naziri Juri Ratasl Boris Consonu müşayət edənlər arasında olub.

Baş nazirin ziyarət etdiyi hərbi hissədə 850 ingilis əsgəri xidmət edir. Tapa İngiltərənin Avropadakı ən böyük hərbi bazası sayılır və Birliyin şərq sərhəddində kollektiv müdafiəni təmin edir. NATO-nun Estoniyada digər ölkələrdən olan hərbçiləri də var.

Müşahidəçilər qeyd edir ki, artıq Birləşmiş Krallığın Avropa Birliyini yanvarın 31-nə kimi tərk edəcəyi kimsədə şübhə doğurmur.

Səfər zamanı Boris Consonun Estoniyanın baş naziri ilə ikitərəfli danışıqlar aparacağı da gözlənilir. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*