Boris Conson koronavirusa yoluxdubackend

Boris Conson koronavirusa yoluxdu

Böyük Britaniya hökumətinin başçısı Boris Conson koronavirus COVID-19 infeksiyasına yoluxub.

KONKRET.az xəbər verir ki, informasiya Baş nazir tərəfindən təsdiqlənib.

Eyni zamanda İngiltərə liderində xəstəliyin yüngül simptomlarının olduğu deyilir.

“Son 24 saat ərzində mən müsbət koronavirus testi nəticəsi aldım. İndi özüm təcrid olmuşam, amma hökumətlə onlayn ünsiyyət vasitəsi ilə rəhbərliyimi davam etdirəcəyəm. Birlikdə virusu məğlub edəcəyik” deyib.

Qeyd edək ki, Conson bu günlərdə kraliça II Yelizaveta ilə telefonla danışmışdı. Və bir neçə gün əvvəl Uels Şahzadəsi Çarlz koronavirusa yoluxub.

Hal-hazırda İngiltərədə 11 658 koronavirus hadisəsi var, 578 nəfər ölüb, 135 nəfər sağalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*