Britaniya Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını xatırladıb.
KONKRET.az xəbər verir ki, o, tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə mühüm rol oynadığını bildirib.
Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb.