Borislav Beryoza Ukraynanın Azərbaycandakı səfirini BİABIR ETDİ – FOTObackend

Borislav Beryoza Ukraynanın Azərbaycandakı səfirini BİABIR ETDİ - FOTO

Ukraynalı siyasətçi Kiyevin Bakıdakı səfirini biabır edib.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi Borislav Beryoza Facebook səhifəsində yazıb.

“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba internetdəki elan vasitəsilə səfirlərin işə götürüləcəyini bildirəndə çoxları haqlı olaraq qəzəbləndi. Amma Ukraynanın Azərbaycandakı səfirinə baxanda başqa şey düşünməyə başlayırsan. Fikirləşirsən ki, ölkəni biabır edən peşəkar diplomatdansa, Ukraynanın Bolqarıstandakı səfiri Olesya İlaşçuk kimi öz kursunu bitirmiş səfir və ya rəhbərin olması daha yaxşı olardı.

Fikrimi qısa çatdıracam. Ukraynada yaşayan azərbaycanlı Hüseynov Səid Vasif oğlu 2022-ci ildə könüllü olaraq müharibəyə gedib, Ukrayna Silahlı Qüvvələrinin 57-ci briqadasına qəbul olub. Lakin ötən ilin yayında həlak olub.

Bunun ardınca səfirliyimizin bəzi qeyri-müəyyən mövqeyi və mərhumun ailəsinə Ukraynanın Bakıdakı səfirliyindən kömək və dəstək göstərilməməsindən narazılıq yaranıb.

Bir sıra azərbaycanlı deputatların müraciətindən sonra Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Səid Hüseynovun muzdlu olduğunu bildirib. Bu sözlər Azərbaycan parlamentarilərini şoka salıb və hiddətləndirib.

Fakt budur ki, Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə artıq 30-dan çox etnik azərbaycanlı həlak olub. Belə çıxır ki, onların hamısı muzdludur?!

Söz yox ki, Kanevski Hüseynova (ölümündən sonra) Ukraynanın hər hansı medalını və ya ordenini verməkdən ötrü narahat belə olmayıb. Maraqlıdır ki, bütün bunlardan sonra bizim Xarici İşlər Nazirliyi hansısa nəticə çıxaracaqmı? Yoxsa heç veclərinə olmayacaq?”, – deyə siyasətçi suallar verib.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*