“BOSCH” Rusiyadakı fabriklərini satırbackend

BOSCH” Rusiyadakı fabriklərini satır

Almaniyanın məişət texnikası istehsalçısı “Bosch” Strelnadakı fabriklərinin satışı ilə bağlı Türkiyənin Can Holdinq investisiya fondu ilə danışıqlar aparır.

“Sankt-Peterburq yaxınlığındakı Strelnadakı fabriklərinin satışı son mərhələdədir”, – deyə, məişət texnikası istehsalçısı “Jacky’s”in təsisçisi Hüseyn İmanov bildirib.

Bu ilin yayında məlum olmuşdu ki, Strelnadakı “Bosch” fabriklərinin əsas iddiaçısı Çin “Hisense”sidir, lakin təfərrüatlar açıqlanmasa da “Bosch”un aktivlərini 20 milyon dollar həcmində qiymətləndirdiyi deyilirdi.

“Can Holdinq” Rusiya Federasiyasında öz brendləri (Awox, Seikon, Telefox və Energia və s.) altında soyuducu, paltaryuyan maşın və quraşdırılmış məişət texnikası istehsalına başlamağı planlaşdırır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*