Bostan bitkilərinin arasında narkotik yetişdirdibackend

Bostan bitkilərinin arasında narkotik yetişdirdi

İsmayıllı rayonunda bostan bitkilərinin arasında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*