Aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o bu barədə aparıcısı olduğu “Rəngarəng səhər” verilişində danışıb.
“Atam çox ağır bir əməliyyat keçirib. Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O, razı olmurdu, “yox” deyirdi. Əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin”, – Nəbioğlu deyib.