İranın xarici işlər naziri Abbas Ərakçi Böyük Britaniyanın İrana yeni təyin olunmuş səfiri Huqo Benedikt Şorterin etimadnaməsinin surətini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, H.B.Şorter 1966-cı ildə anadan olub. 2004-2007-ci illərdə Braziliyada səfirlikdə müşavir və diplomatik missiya rəhbərinin müavini, 2007-2012-ci illərdə krallığın Fransadakı səfirlikdə səfir-müşavir, səfir təyin olunanadək Xarici İşlər Nazirliyində Avropa İttifaqı İdarəsinin rəhbəri vəzifələrində işləyib.