Mobil telefonlar məktəblərdə şagirdlərin diqqətini yayındırır və təhsil prosesinə mənfi təsir göstərir. Məhz buna görə də Böyük Britaniyada şagirdlərin mobil telefonlarla məktəblərə gəlməsi qadağan edilib.
KONKRET.az xəbər verir ki, müəllimlər bu qadağadan çox məmnun olub.
Müəllimlərə şagirdlərin çantalarında axtarış aparmaq səlahiyyəti verilib. İlk telefon qadağasının tətbiqindən təxminən üç il sonra təlimatı həyata keçirmək üçün məktəblərə üç fərqli siyasət təklif olunur.
Birinci seçim məktəb ərazilərində telefonların tamamilə qadağan edilməsidir, tələbələrə telefonlarını evdə və ya valideynlərinin yanında qoymağı tövsiyə edir. Bu halda məktəbdə telefon aşkar edilərsə, tələbələr cəzalandırıla bilər.
İkinci variant tələbələrə cihazlarını gəldikdən sonra məktəb işçilərinə təhvil verməyi və günün sonunda onları götürməyi təklif edir.
Sonuncu seçim də tələbələrə telefonlarını özləri ilə daşımağa imkan verir. Amma dərs prosesində telefonlar qapalı olmalıdır.
Ariz Həsənoğlu,
KONKRET.az