Böyük Britaniya və Venesuela arasında gərginlik artdıbackend

Böyük Britaniya və Venesuela arasında gərginlik artdı

Venesuela prezidenti Nikolas Maduro Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Trent” gəmisinin Qayana sahillərinə gəlməsini qətiyyətlə rədd edib”.

KONKRET.az xəbər verir ki, o, Şərqi Karib dənizində müdafiəni gücləndirməyi və Venesuelanın Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamağı əmr edib: “Bu, Böyük Britaniyadan nəcib, dinc, lakin döyüşkən Venesuela xalqına qarşı təhdiddir”,-deyə Maduro bildirib. Prezident daha sonra qeyd edib ki, Venesuela ərazi mübahisəsini həll etmək üçün Qayana ilə əldə olunan razılaşmaya əməl edir: Lakin haradan gəlməsindən asılı olmayaraq, təhlükə qarşısında əllərimizi yanımıza salmayacağıq. Buna cavabımız ciddi olacaq”.

Prezident Böyük Britaniyanın Venesuelaya qarşı təxribatına cavab olaraq silahlı qüvvələrin müdafiə hərəkətlərinə başlamaq haqqında göstəriş verib. Həmçinin Atlantik okeanı sahilləri yaxınlığında hərbi təlimlərə başlamaq barədə əmr imzalayıb. BBC isə məlumat verib ki, Böyük Britaniya Qayanaya diplomatik və hərbi dəstək göstərmək üçün Karib dənizinə “Trent” patrul gəmisini göndərəcək. 135 il ərzində Qayana Britaniyanın müstəmləkəsi olub. 1966-cı ildə müstəqillik əldə edənə qədər Britaniya Qvianası adlanırdı.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*