Böyük Britaniyanın hakimiyyət orqanları gənclər arasında psixi sağlamlıq problemlərinin artması ilə əlaqədar 16 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadəyə qadağa qoymağı nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, Britaniya hökuməti gənclər arasında psixi pozğunluq problemlərinin artmasından narahatlıq səbəbindən uşaqların sosial media istifadəsinə məhdudiyyətlər tətbiq etməyi düşünür.
“Times” qəzeti yazır ki, yaşı 16-dan aşağı olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə tamamilə qadağa qoyulacaq. Eyni zamanda, hökumət istifadəçinin doğum tarixinin məcburi yoxlanılmasını və valideyn nəzarətinin gücləndirilməsini tələb edən texnologiyaların tətbiqini də araşdırır.
Vəli Həsənov
KONKRET.az