“Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya Ukraynadakı müharibə üçün silah verməsi üçün yalvarmağa məcbur olub”.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps X şəbəkəsində (keçmiş Twitter) yazıb. “Dünya Rusiyadan üz döndərib, Putini qeyri-qanuni işğalını davam etdirmək üçün Şimali Koreyaya getməyə məcbur edib”, – deyə Şapps yazıb.
“Business Insider”in daha əvvəl xəbər verdiyi kimi, silah çatışmazlığı Rusiyanı Şimali Koreya və İran kimi ölkələrə möhtac qoyub.
Qeyd edək ki, hələ oktyabr ayında ölkənin Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında Şimali Koreya İran və Belarusla birlikdə Rusiyaya ən əhəmiyyətli xarici silah təchizatçılarından birinə çevriləcəyini bildirilib.
Natiq Səlim,
KONKRET.az