“Böyük Vətən müharibəsində yarımçıq qalan iş…” – Zaxarovabackend

"Böyük Vətən müharibəsində yarımçıq qalan iş…" - Zaxarova

Bu gün Rusiyanın müdafiəçiləri Böyük Vətən müharibəsi illərində yarımçıq qalanları cəbhə xəttində tamamlayırlar: düşməni məhv edirlər.

KONKRET.az xəbər verir ki, bu sözləri TASS-a Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin ordu günü (23 fevral – red.) münasibətilə rusiyalılara video-təbrikində bildirib.

“Mən hər kəsi Vətənin Müdafiəçisi Günü münasibətilə təbrik etmək istərdim. Bir sıra səbəblərə görə bu il qeyri-adidir. Təbii ki, bu, Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğu ilə görə. Gördüyümüz kimi, o vatx qələbə əldə edildi, lakin düşmən tam məhv edilmədi. İndi cəbhə xəttində olan adamlarımız tarixən edilməli olan işi başa çatdırırlar. Bunlar o vaxtlardan bəri davam edən eyni düşmənlər və eyni bəlalardır”, – o vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə 2025-ci il Vətənin Müdafiəçisi İli elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*