“Bozun 50 çaları” romanı Rusiyada sevgi haqqında ən populyar kitab oldubackend

"Bozun 50 çaları" romanı Rusiyada sevgi haqqında ən populyar kitab oldu

Rusiyalılarda sevgi haqqında ən populyar elektron kitab E. L. Ceymsin “Bozun 50 çaları” romanı olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA”Novosti” agentliyi “MyBook” Kitab Xidmətinə istinadən yayıb.

Fevralın 14-də qeyd olunan Sevgililər Günü üçün Xidmət Rusiyanın bölgələrində sevgi ədəbiyyatına olan tələbatı öyrənib.

Ceymsin romanı ilə yanaşı Jojo Moyesin “Səninlə görüşənədək” və Anna Toddun “Sonra” kitabları da liderliyə yüksəlib.

2012-ci ildən bəri “Bozun 50 çaları” romanını 200 mindən artıq insan oxuyub. Nəticədə bu kitab Rusiyada ötən onilliyin ən populyar elektron kitabına çevrilib.

Romantik ədəbiyyatı ən çox sevənlər Samara bölgəsində (10,2%), Tatarıstan və Sankt-Peterburqda (9,4%) yaşayır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*