BP “Şahdəniz Alfa” yatağında hasilatı bərpa ETDİbackend

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa ETDİ

Yanvarın 18-də axşam saatlarından başlayaraq “Şahdəniz” qaz-kondensat yatağında “Alfa” platforması yenidən işə salınıb.

Bu barədə KONKRET.az-a “BP-Azerbaijan”-dan bildirilib.

Bundan əvvəl, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib.

Qeyd edilib ki, hazırda “Şahdəniz” qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir: “Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik”.

Xatırladaq ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində texniki məsələlərlə əlaqədar Azərbaycandan Serbiya və Bolqarıstana qaz təchizatında problem yaranmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*