Braziliya koronavirusa yoluxanların sayına görə ikinci yerə çıxdıbackend

Braziliya koronavirusa yoluxanların sayına görə ikinci yerə çıxdı

Braziliyada 23 may tarixinə ümumilikdə 330 mindən çox koronavirus infeksiyası hadisəsi var.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Johns Hopkins Universiteti yayıb.

Mənbə bildirir ki, bu anda Braziliya yoluxanların sayına görə Rusiyanı qabaqlayaraq (326 min) ABŞ-dan sonra ikinci sıraya gəldi.

Ölkədə koronavirus qurbanlarının sayı 21 mindən çoxdur.

Koronavirus hallarının sayına görə ilk 5 ölkə:

ABŞ – 1,6 milyon

Braziliya – 330 min

Rusiya – 326 min

Böyük Britaniya – 255 min

İspaniya – 234 min

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*