Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb.
KONKRET.az xəbər verir ki, komanda DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvador yığması ilə qarşılaşıb.
Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlində 10 komanda arasında 22 xalla 4-cü yerdədir.