Braziliya prezidenti: karantini ləğv edin, işə qayıdınbackend

Braziliya prezidenti: karantini ləğv edin, işə qayıdın

Braziliya Prezidenti Jair Bolsonaru əyalət qubernatorlarına karantini ləğv etmək üçün müraciət edib və həmçinin braziliyalıların işə qayıtmalarını istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Bolsonaru rəsmiləri “normal bir həyat”ın davam etdirilməsinə və iş yerlərinin qorunmasına çağırıb.

“Normala qayıtmalıyıq. Bir neçə ştat və şəhər meriyası bədbin torpaq siyasətindən əl çəkməlidir” deyib Braziliya prezidenti.

Onun sözlərinə görə, Latın Amerikasının gənc əhalisi və isti iqlim səbəbindən İtaliyadakı vəziyyət Braziliyada təkrarlanmayacaq. Bolsonaru deyib ki, insanların çoxunun qorxacaqları bir şey yoxdur, çünki yüngül formada xəstədirlər.

Xatırladaq ki, Mayami meri bundan əvvəl Braziliya prezidenti ilə görüşdükdən sonra COVID-19-a yoluxmuşdu. Prezident Bolsonarunun özü koronavirus xəstəsi olduğunu inkar edir.

Mayami meri ilə görüşdən əvvəl Braziliya prezidenti Donald Tramp ilə də üz-üzə gəlib.

Yüzlərlə məhbusun COVID-19-a qarşı görülən tədbirlər səbəbiylə Braziliya həbsxanasından qaçdığı da bildirilib.

Azadlıqda minə qədər məhbus ola bilər. Yarım açıq həbsxananın rəhbərliyi əvvəllər məhbusların koronavirusla əlaqədar olaraq müəssisəni tərk etmələrini qadağan etmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*