Braziliya turnirində dizlə vurulan dəhşətli NAKAUT – 18+ VİDEObackend

Braziliya turnirində dizlə vurulan dəhşətli NAKAUT – 18+ VİDEO

Braziliyalı Yonas Bilarino 3 illik fasilədən sonra qarışıq döyüşə növü olan MMA-ya geri qayıdıb.

KONKRET.AZ  “sport-express.ru”ya istinadla xəbər verir ki, Döyüş yüngül çəki (65,8 kq) üzrə keçirilib.

Döyüşçü San-Pauloda keçirilən “Future FC 9” turnirində Cunior Duarte üzərində erkən qələbə qazanıb. 29 yaşlı Bilarino mübarizənin 5-ci dəqiqəsində 28 yaşlı rəqibi Duarteni şokedici diz zərbəsi ilə nakaut edib.

Qeyd edək ki, Bilarino 2015-ci ildə UFC çempionu  Joze Aldonu Konor Makqreqorla  döyüşə hazırlaşdırarkən təsadüfən qabırğasını sındırdığı üçün tanınıb. Bu səbəbdən braziliyalının Konorla olan döyüşü 2015-ci ilin iyul ayından dekabr ayına təxirə salınır. Keçirilmiş döyüş nəticəsində Aldo irlandiyalı Konora məğlub olur.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*