Braziliyada koronavirusa yoluxmada rekord qeydə alındıbackend

Braziliyada koronavirusa yoluxmada rekord qeydə alındı

Son 24 saat ərzində Braziliyada 67,860 yeni koronavirus infeksiyası qeydə alınıb. Bu, ölkədə pandemiyanın başlanmasından bəri rekord səviyyədir.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəlki rekord artım 19 iyulda qeydə alınıb. Gündəlik yoluxma 54.771 olub.

Yeni yoluxmaların çoxu San-Pauluda aşkar edilib.

Braziliya yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Ölkədə koronavirus hadisələrinin ümumi sayı 2,2 milyondan çoxdur, 82 890 nəfər ölüb, onlardan 1.284-ü son 24 saatda həyatını itirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*