Braziliyada ölkəyə qan udduran cinayətkar həbs edilibbackend

Braziliyada ölkəyə qan udduran cinayətkar həbs edilib

Braziliya Federal Polisi ölkənin qatı cinayətkarlarından birinin yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra təslim olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, daha çox Zinho kimi tanınan Luiz Antonio da Silva Braqa Rio-de-Janeyro ştatında ən böyük cinayətkar dəstənin lideridir.

Federal polisin məlumatına görə, onun barəsində 12 həbs qərarı çıxarılıb. Həbsinin rəsmiləşdirilməsindən sonra məhbus məhkəmə-tibbi ekspertizasına və sonra həbsxanaya aparılıb. Zinhonun qrupu son illərdə onun dəstəsinin bir neçə üzvünün öldürüldüyü Rionun qərb bölgəsində məskunlaşmışdı. Qrupun Rio-de-Janeyro ərazisinin təxminən 10%-nə nəzarət etdiyi güman edilir. Zinho qrupu dəfələrlə dəhşətli cinayətlər törədib. Bu ilin oktyabr ayında dəstə üzvlərinin liderlərindən birinin polis tərəfindən öldürülməsinə cavab olaraq onlar ən azı 35 avtobus yandırıblar. Hücum Rionun turizm bölgələrindən uzaqda baş verib və insan tələfatı olmayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*