Braziliyalı modeldən yeni – FOTOSESSİYAbackend

Braziliyalı modeldən yeni - FOTOSESSİYA

Braziliyalı supermodel, “Victoria’s Secret”in keçmiş mələyi Alessandra Ambrosio bikini paltarında fotosessiya etdirib.

KONKRET.az xəbər verir ki, o, öz şəkillərini İnstagram hesabında yerləşdirib.

38 yaşlı model çimərlikdə və hovuzda poz verib.

Fotolardan birində Ambrosio öz markası “Gal Floripa”nın firuzəyi çimərlik geyimində görünüb. Bu dəstin qiyməti 196 dollardır.

O, həm də ağ rəngli “Gal Floripa” bikinisində çəkilib. Bu dəstin qiyməti 88 dollardır.

Foto çəkilişin müəllifi məşhur moda fotoqrafı Lucas Menezes olub.

Məşhurun ​​izləyiciləri onun bikinidə fotosunu bəyəniblər. Şəkillərdən biri təxminən 210 min bəyənmə alıb.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*