Braziliyalı nazir: COP29-da yekun razılaşma əldə etməliyikbackend

Braziliyalı nazir: COP29-da yekun razılaşma əldə etməliyik

 

Braziliyada keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri COP29-un bağlanış plenar sessiyasında Braziliyanın ətraf mühit naziri Marina Silva söyləyib.

Nazir bildirib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik. “Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”, – deyə o əlavə edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*