Braziliyanın radikal sağçı prezidenti Amazon meşələrindəki yanğınlarda ekoloqları günahlandırıbbackend

Brazliyanın radikal-sağçı prezidenti Jair Balsonaru Amazon meşələrində baş verən kütləvi yanğınlarda ətraf mühit müdafiəçilərini günahlandırıb.

“The Guardian” qəzetinin məlumatında bildirildiyi kimi, J.Balsonaru rəhbərlik etdiyi hökumətin pis vəziyyətdə qalması üçün ekoloqların qəsdən meşələri yandırdığı fikrini irəli sürüb.

“Amazoniyadakı yanğınlara gəlincə, mənim fikrimcə, bunların hamısı özlərini ekologiyanın mühafizəçisi elan edən təşkilatların əli ilə törədilib. Ona görə ki, onlar pul qaza bilmirdilər. başqa nə ola bilər ki…Əsas məqsədləri də Braziliyada problem yaratmaqdır”,-deyə dövlət başçısı qeyd edib. Lakin Braziliya lideri iddiasını isbat edəcək heç bir dəlil gətirməyib.

Qeyd olunur ki, bundan öncə Braziliyanın kosmik araşdırmlaır institutu tropik meşələrdəki yanğınların nəticəsində ortaya çıxan dəhşətli mənzərələri göstərib.

Gəliinən nəticələrə görə, bu il baş verən meşə yanğınları ötənilkinə nisbətən 83% artıb.

Jari Balsonaru iqlim dəyişikliyinə inanmayan və ekologiyaya ayrılan vəsaiti büdcədən kəsən ABŞ prezidetni Donald Trampın yaxın dostu sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*