“Brent”in qiyməti 78 dolları keçdi
419
“Brent” markalı neftin fyuçers müqaviləsinin dəyəri 3,2 faiz artaraq, bir barel üçün 78,21 dollar olub.
KONKRET.az xəbər verir ki, “Brent” neftinin qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 26-da bir barel üçün 78 dollardan yuxarı olub.
Belə ki, axşam saatlarında “Brent” markalı neft 78,22 dollara satılıb.
WTI markalı xam neftin fyuçerslərinin dəyəri isə 2,66 faiz artaraq, 75,75 dollar/barelə bərabər olub.