“Brent” markalı neftin qiyməti artdıbackend

"Brent" markalı neftin qiyməti artdı

“Brent” markalı neftin Londonun “ICE” birjasında may fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 7-dən bəri ilk dəfə 85 dollar/barel keçib.

KONKRET.az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, “Brent” markalı neftin qiyməti 1,37 faiz artaraq 85,1 dollar/barel təşkil edib.

Eyni zamanda, “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,69% artaraq 81,2 dollar/barelə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*