BRICS-in dünya ticarətindəki payı artıbbackend

BRICS-in dünya ticarətindəki payı artıb

2023-cü ilin sonunda BRICS ölkələri dünya ticarətindəki payını 21,6 faizə çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında qeyd olunub.

Bildirilir ki, hazırda BRICS ölkələrinin dünyanın digər ölkələri ilə və bir-biri ilə ticarət həcmi 10,4 trilyon dollar təşkil edir.

Bu, 14,3 trilyon dollar və dünya ticarətinin 29,7 faizini təşkil edən Avropa İttifaqından sonra ikinci yerdədir.

Xatırladaq ki, Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Qeyd edək ki, oktyabrın 22-24-də Kazanda BRICS sammiti keçiriləcək. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*