Briqada generalı həbs edildi – Türkiyədəbackend

Briqada generalı həbs edildi - Türkiyədə

Suriya sərhədində insan qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən briqada generalı Bilal Çokay məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

KONKRET.az xəbər verir ki, ötən aylarda Şanlıurfada həyata keçirilən əməliyyatda bir kiçik zabit və bir mütəxəssis çavuşun Suriyada xidmət edən briqada generalı Bilal Çokayın rəsmi maşını ilə sərhəddən qaçaqmalçılıq yolu ilə insan keçirdikləri üzə çıxıb.

Məlum olub ki, general xidməti avtomobilindən istifadə edərək pul qarşılığında insan alveri edib. Araşdırmalar nəticəsində Bilal Çokay nəzarətə götürülüb. Ankarada saxlanılan briqada generalı Bilal Çokay Şanlıurfaya gətirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*