Britaniya 30 ildən sonra kömür mədəninin açılmasına İCAZƏ VERDİbackend

Britaniya 30 ildən sonra kömür mədəninin açılmasına İCAZƏ VERDİ

Böyük Britaniya hökuməti son 30 ildə ilk dəfə olaraq yeni kömür mədəninin açılmasına icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “BBC” Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouva istinadən məlumat yayıb.

Söhbət İngiltərənin şimal-qərbindəki Kambriya qraflığının Vaytheyven şəhərində yerləşən mədəndən gedir.

Bildirilib ki, bələdiyyə orqanları 2020-ci ilin oktyabrında Vaytheyvendə belə bir obyektin tikintisinə icazə verib, lakin müxalifət və ekoloqların tənqidindən sonra Britaniya hökuməti kömür hasilatını artırmaq planlarının mümkünlüyünə dair yeni bir araşdırma başladıb.

Qeyd olunub ki, layihənin tərəfdarları mədənin açılmasını yeni iş yerlərinin yaradılması və xaricdən kömür idxalından asılılığın azaldılması zərurəti ilə əsaslandırıblar.

Eyni zamanda, bildirilib ki, bu qərar hakim Mühafizəkarlar Partiyasının bir sıra üzvlərinin, müxalifətin və ekoloqların narazılığına səbəb ola bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*