Britaniya bankları Ukrayna ilə ticarət edən şirkətlərin hesablarını BLOKLAYIRbackend

Britaniya bankları Ukrayna ilə ticarət edən şirkətlərin hesablarını BLOKLAYIR

Böyük Britaniya bankları Ukrayna ilə ticarət aparan İngiltərə şirkətlərinin hesablarını bloklayır.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat  yayıb.

Qeyd olunub ki, bu, çirkli pulların yuyulması ilə bağlıdır.

“Ukrayna ilə hətta bir əməliyyatın aparılması hesabların bağlanmasına səbəb ola bilər. Əgər şirkət Ukrayna ilə hər hansı ticarət formasını nəzərdən keçirirsə, banklar hesab açmaqdan belə imtina edirlər”, – Britaniya-Ukrayna Ticarət Palatasının həmsədri Beyt Tomsun yazdığı məktubda deyilir.

Onun sözlərinə görə, təşkilat hesabları bloklanan firmalardan artıq bir neçə şikayət alıb.

Toms bildirib ki, bu şirkətlərə “HSBC” və “Santander” kimi böyük maliyyə qurumları tərəfindən xidmət göstərilib.

Qəzet yazır ki, Britaniya bankları antikorrupsiya qanunlarına tabedir. Bu qanunlar uzun müddətdir ki, Ukraynanı antikorrupsiya tədbirləri baxımından müştəri əməliyyatları üçün risk siyahısına salıb. Maliyyə institutlarının nümayəndələri də bildirir ki, banklar Ukrayna ilə ticarəti qadağan etmir, lakin onlar tam yoxlanılana qədər əməliyyatları təsdiq etmirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*