Böyük Britaniya Ukraynada hərbi vəziyyətin kəskinləşəcəyi təqdirdə öz qüvvələrini bu ölkədən təxliyə edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Deyli Ekspres” məlumat yayıb
Bildirilib ki, artıq Britaniyanın hərbi komandanlığı fövqəladə vəziyyətlə bağlı plan hazırlayıblar:
“Britaniya hərbçilərinin təhlükəsizlik şəkildə təxliyəsi üçün hərbi komandalıq təlim missiyasında hərtərəfli yoxlama aparmalıdır”.
Qeyd edilir ki, britaniyalı hərbçilər əsasən Ukraynanın Lvov vilayətinin Yavorov şəhərində yerləşdirilib. Kiçik zabit heyəti isə Kiyevdədir.