Britaniya İsraili yeni sanksiyalarla HƏDƏLƏDİbackend

Britaniya İsraili yeni sanksiyalarla HƏDƏLƏDİ

Qəzzadakı hadisələrə görə İsrailə qarşı yeni sanksiyalar tətbiq edə bilərik.

KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Naziri David Lemmy deyib.

Avstraliya, Kanada, Fransa və digər ölkələrin imzaladığı bəyanatda İsrailin yardım modelinin təhlükəli olduğu, qeyri-sabitliyi alovlandırdığı və qəzzalıları insan ləyaqətindən məhrum etdiyi vurğulanıb. Fələstinlilərin humanitar şəhərə köçürülməsi təklifi tamamilə qəbuledilməz və beynəlxalq humanitar hüququn pozulması adlandırılıb.

Lemmy xatırladıb ki, Britaniya artıq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq edib, həmçinin ticarət danışıqlarını dayandırıb və İsrailə bəzi silah satışını təxirə salıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*