Britaniya kəşfiyyatı: Rusiya son həftələrdə rekord itki veribbackend

Britaniya kəşfiyyatı: Rusiya son həftələrdə rekord itki verib

Son iki həftə ərzində ruslar Ukraynaya genişmiqyaslı işğalın ilk həftəsindən bəri ən çox itki veriblər.

KONKRET.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin twitter hesabında verilən məlumata görə, son yeddi gündə orta göstərici 2022-ci ilin iyun-iyul ayları ilə müqayisədə dörd dəfə çoxdur.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mütəmadi olaraq rusların itkilərinin statistikasını dərc edir. Son yeddi gündə orta hesabla gündə 824 qurban olub ki, bu da 2022-ci ilin iyun-iyul ayları ilə müqayisədə dörd dəfə çoxdur” –  deyə Britaniyadan olan analitiklər bildirib.

Onların fikrincə, Rusiya tərəfdən itkilərin sayının artması bir sıra amillərlə, o cümlədən təlim keçmiş kadrların, cəbhədə koordinasiya və resursların olmaması ilə bağlıdır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*