Britaniya kraliçası II Yelizaveta ilk dəfə telefonla göstərişini verdibackend

Britaniya kraliçası II Yelizaveta ilk dəfə telefonla göstərişini verdi

Özünü təcrid edən Böyük Britaniya kraliçası II Yelizaveta Vindzor sarayında ilk dəfə ölkənin Baş naziri ilə şəxsən deyil, telefonla görüş keçirib. Foto kraliçanın İnstagram səhifəsində yayılıb.

KONKRET.az xəbər verir ki, fotoda 93 yaşlı II Yelizavetanın və Baş nazir Boris Consonun şəkilləri yer alıb.

 

Onlar iş telefonları ilə danışırlar.

Xatırladaq ki, Kraliçanın 71 yaşlı oğlu, şahzadə Çarlz koronavirusa yoluxub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*