Britaniya mağazalarında oğurluqların sayı kəskin ARTIBbackend

Britaniya mağazalarında oğurluqların sayı kəskin ARTIB

Böyük Britaniyanın ərzaq mağazalarında oğurluqların sayı son 10 ildə maksimum artıb. Bu, yaşayış minimumunun kəskin artması fonunda baş verir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, 2022-ci ildə 1,1 milyondan çox oğurluq hadisəsi baş verib. Bir il əvvəl isə 970 min belə cinayət qeydə alınıb.

Qeyd olunub ki, ət, spirt və qənnadı məmulatları tez-tez oğurlanır. Son sorğuya əsasən, respondentlərin 80%-i yaşayış minimumunun artmasının oğurluqların çoxalmasına səbəb olduğunu düşünür.

Nəticədə mağazalar rəflərə daha az mal qoymağa başlayıb.

Bildirilib ki, Britaniyada bəzi mağazalar bahalı ətlərin tez-tez oğurlanmasından sonra mühafizəçilərin sayını artırır. Hakimiyyət orqanları oğurluğun çoxalmasını ərzaq qiymətlərinin kəskin artması ilə əlaqələndirir.

Oğrular ən çox “Marks & Spencer Food” və “Waitrose” mağazalarına hücum edirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*