Teleqraf: “Ukraynaya dəstək Britaniyaya 100 milyard dollara başa gəlib”.
KONKRET.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat dərc edib.
Nəşr bildirib ki, Ukraynaya dəstək tədbirləri Britaniya iqtisadiyyatına nə az, nə çox, düz 79 milyard funt-sterlinqə (99,9 milyard dollar) başa gəlib.
Beləliklə, 2022-ci ildə bəri Kiyevə göstərilən hərbi yardımın həcmi 7,8 milyard funt sterlinq (9,9 milyard dollar) təşkil edib. Digər 4,1 milyard funt-sterlinq (5,2 milyard dollar) Böyük Britaniya tərəfindən Dünya Bankı vasitəsilə kredit zəmanəti kimi təqdim edilib. Ukraynaya birbaşa iqtisadi yardım olaraq təxminən 1 milyard funt sterlinq (1,3 milyard dollar) ayrılıb.
Qəzet ilk növbədə ona diqqət çəkib ki, Avropa hakimiyyətinin Rusiyanın enerji resurslarından imtina etməsi yanacağın qiymətinin artmasına səbəb olub, nəticədə “qoca qitə” ölkələrinin iqtisadiyyatına ciddi ziyan dəyib.
“The Daily Telegraph”ın hesablamalarına görə, təkcə Rusiya xüsusi əməliyyatının ilk iki ilində Böyük Britaniya enerji sanksiyalarına görə, qaz alışına 44 milyard funt sterlinq (55,7 milyard dollar) xərcləyib. Bundan əlavə, xammalın yüksək qiymətləri krallıqda sənaye istehsalına nəzərəçarpacaq dərəcədə təsir göstərib və bunun azalması nəticəsində iqtisadiyyat 2022-ci ildə təxminən 22 milyard funt sterlinq (27,8 milyard dollar) itirib.
Müşviq Tofiqoğlu
KONKRET.az