Britaniya sakini polisləri koronavirusla qorxutdu və qəsdən onların üzünə öskürdübackend

Britaniya sakini polisləri koronavirusla qorxutdu və qəsdən onların üzünə öskürdü

Britaniyanın Belfast şəhərində bir yerli sakin polis işçilərinə koronavirusa yoluxduğunu deyib və qəsdən onların üzünə öskürüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Belfast Telegraph” nəşri yayıb.

“Polislər evimizə məni məişət zorakılığına görə həbs etmək üçün gəlmişdilər”. O, baş verənlər haqda danışıb.

İndi kişi ağır bədən xəsarəti yetirmək cəhdinə, habelə polis əməkdaşlarına hücuma görə yerli məhkəməyə üz tutacaq.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-2019 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*