Britaniya SEPAH-ın rəhbərlərini qara siyahıya saldıbackend

Britaniya SEPAH-ın rəhbərlərini qara siyahıya saldı

Böyük Britaniya hökuməti SEPAH rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, SEPAH-ın 7 rəhbər şəxsinin adı sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısına salınıb.

SEPAH-ın kooperativ fondunun idarə heyətinin sədri Əli Əsgər Novruzi və onun müavini Seyid Əminullah Təbəbatəbayi və idarə heyətinin digər üç üzvünə sanksiyalar tətbiq olunub. Bununla yanaşı, SEPAH-ın iki regional şöbəsinin rəhbəri – Əhməd Zülqədri və Əlirza Heydərianın da adları siyahıya daxil edilib.

Böyük Britaniya hökuməti adı çəkilən şəxslərə İranda insan hüquqlarını kobudcasına pozduqlarına görə sanksiya tətbiq olunduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*