Britaniya səyahətçilər üçün karantini ləğv edir – siyahıda 75 dövlət varbackend

Britaniya səyahətçilər üçün karantini ləğv edir - siyahıda 75 dövlət var

İyulun 10-dan etibarən Birləşmiş Krallıq bir çox ölkədən, ilk növbədə Avropadan gələnlər üçün məcburi iki həftəlik karantini ləğv etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı BBC telekanalı yazır.

Mənbə bildirir ki, ölkəyə girən hər kəs üçün 14 günlük karantin qaydası (nadir hallar istisna olmaqla) koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə iyunun əvvəlində qüvvəyə minib.

Bu tədbir ictimaiyyət və biznes nümayəndələrinin tənqidinə səbəb olub. Onlar hakimiyyəti iqtisadiyyata daha böyük zərər verməmək üçün məhdudiyyətləri qaldırmağa çağırıb.

Səlahiyyətlilər əvvəlcə məhdudiyyətləri hər üç həftədən bir nəzərdən keçirəcəklərini və fərqli ölkələrdəki epidemioloji vəziyyətdən asılı olduqlarını bildiriblər.

Britaniya hökumətindəki mənbələrə görə, siyahıya 75-ə qədər ölkə daxil ola bilər.

Eyni zamanda, məhdudiyyətlərin rahatlaşdırılması qarşılıqlı olmayacaq, bir çox ölkədən gələnlər hələ iki həftə özlərini təcrid etmək məcburiyyətində qalacaqlar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*